Kollektiv yaddaşın bərpası üçün Ağdamın Qarağacı qəbiristanlığına ziyarətlər təşkil olunacaq – FOTO  

Kollektiv yaddaşın bərpası üçün Ağdamın Qarağacı qəbiristanlığına ziyarətlər təşkil olunacaq – FOTO  

Hazırda oxunan: Kollektiv yaddaşın bərpası üçün Ağdamın Qarağacı qəbiristanlığına ziyarətlər təşkil olunacaq – FOTO  

149946

Qarabağın azad olunmuş ərazilərində olan milli-mənəvi əhəmiyyətə malik məkanlarının hamısı vandalizmə məruz qalıb. Belə məkanlardan biri də Ağdamım Qarağacı qəbiristanlığıdır. 

Bizim.Media xəbər verir ki, Qarağacı qəbiristanlığı çoxəsrlik tarixə malik bir yerdir.  

Tarixi mənbələrə əsaslanan tədqiqatçılar Qarabağ toponimindən əvvəl Qarağacı toponiminə rast gəlindiyini bildirir. Bir çox tarixi mənbələrdə bu məkan təkcə qəbiristanlıq kimi yox, xanəgah kimi göstərilir.  


Hazırda Ağdam kimi şəhərin mərkəzi qəbiristanlığı da dağıdılmış vəziyyətdədir. Sözsüz ki, Azərbaycanın tarixi yaddaşında yeri olan bu məkanın da bərpası vacibdir.  

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarağacı – Kollektiv yaddaşın bərpası” layihəsini həyata keçirir.


Layihənin məqsədi bu tarixi məkanın işğaldan əvvəlki dönəmini yaxşı xatırlayan insanların səfərlərini təşkil etmək, onların yaddaşında qalan xatirələri həm yerli, həm də xarici mediaya çıxartmaqla baş verənlərin real mənzərəsini yaratmaqdır.  
Layihənin rəhbəri Asəf Quliyevin verdiyi məlumata görə, bu məqsədlə layihə çərçivəsində Qarağacı qəbiristanlığına səfər təşkil edilib.  

Layihə icraçılarının və layihəyə ekspert kimi cəlb edilmiş, ərazini yaxşı tanıyan şəxslər tarixi əraziyə baxış keçirib.  


ANAMA və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının müşayiəti ilə  keçirilən baxış zamanı bundan sonrakı səfərlərdə Qarağacı qəbiristanlığında ziyarət olunacaq ərazilər müəyyənləşdirilib.  

Ekspert dəyərləndirmələrindən sonra Qarağacı qəbiristanlığına ziyarətlər təşkil olunacaq. 

Növbəti səfərlərin sentyabr ayında təşkil olunması nəzərdə tutulub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO