Temperatur 41 dərəcəni keçərsə, İŞ DAYANACAQ? – RƏSMİ AÇIQLAMA

Temperatur 41 dərəcəni keçərsə, İŞ DAYANACAQ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Temperatur 41 dərəcəni keçərsə, İŞ DAYANACAQ? – RƏSMİ AÇIQLAMA

149939

Xəbər verdiyimiz kimi yaxın 4 gündə ölkə ərazisində anomal istilər gözlənilir. Bəzi regionlarda temperaturun hətta müsbət 44 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Belə istidə açıq havada olmaq və yaxud işləmək təhlükəlidir. Mövcud qanunvericiliyə görə havanın temperaturu müsbət 41 dərəcəni keçərsə açıq havada işlər dayandırılmalıdır.

Mövzu ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mövqeyini öyrəndik. 

AHİK-dən Bizim.Media-ya bildirilib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsaslanaraq yay mövsümü ilə əlaqədar üzv təşkilatların xidmətinə daxil olan müəssisə və təşkilatlarda havanın hərarəti 41 dərəcəni keçərsə, açıq havada işlərin dayandırılmasına ictimai nəzarətin həyata keçirilməsi tövsiyə edilib:
 

MÖVZU İLƏ BAĞLI:

İsti havalarla bağlı XƏBƏRDARLIQ: Həftənin sonunadək... 


“Burada məqsəd iş yerlərində sağlamlığa mənfi təsir edən isti havalarda açıq şəraitli iş yerlərində işçilərə müəyyən olunmuş qaydada fasilələrin verilməsi və ya işin dayandırılmasına həmkarlar ittifaqlarının ictimai nəzarətinin gücləndirilməsini təmin etməkdən ibarətdir.

Əmək Məcəlləsinin 2-ci əlavəsində işçilərə fasilələrin verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın tempraturu və küləyin gücü göstərilib. 

Azərbaycan Respublikasının Konstitutsiyasında nəzərdə tutulduğu kimi, əmək hüquqlarının tənzimlənməsi çərçivəsində işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır.

Əmək müqaviləsi və kollektiv müqavilələrdə bu məsələlər nəzərdə tutulur və nəzarəti həmkarlar təşkilatları yerinə yetirir, həmçinin nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və işçinin əməyinin təhlükəsizliyinin təmin edilməsi işəgötürənin  əsas vəzifələrindən biridir.
Əmək müqaviləsində işçilərin sosial müdafiəsi, əmək şərtləri, iş və istirahət vaxtları və digər məsələlərlə yanaşı, əməyin mühafizəsi üzrə işçinin hüquqları da nəzərdə tutulur”.

Qurumdan o da bildirilib ki, əməyin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi, sağlam və əlverişli iş şəraitinin yaradılması haqqında məsələlər Əmək Məcəlləsinin IX bölməsində qeyd olunub:

“Havanın temperaturu müsbət 41 dərəcəni keçərsə, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Əmək Məcəlləsinin 233-cü maddəsinin 4-cü hissəsinə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. 

Soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması zamanı əməkhaqqının ödənişi sistemində Əmək Məcəlləsinin müəyyən etdiyi normalardan kənaraçıxma halları müşahidə edilərsə, onda tərəflər əməyin mühafizəsinə nəzarət edən orqanlara, həmkarlar ittifaqlarına və ya məhkəməyə müraciət edə bilərlər.
Həmkarlar ittifaqları Əmək Məcəlləsinin 236-cı maddəsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 maddəsinə əsasən, nəzərdə tutulmuş hüquqları çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq normativ hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər”.

Surxay Atakişiyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO