SOCAR-ın Karbamid Zavoduna yeni direktor təyin edilib

SOCAR-ın Karbamid Zavoduna yeni direktor təyin edilib

Hazırda oxunan: SOCAR-ın Karbamid Zavoduna yeni direktor təyin edilib

149896

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavoduna yeni direktor təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq SOCAR-dan bildirib. 

Məlumata görə, sözügedən vəzifəni Kutay Durna icra edəcək. O, indiyə qədər “İGSAŞ İstanbul Gübre Sanayii A.Ş.”də zavod direktoru olub və yeni vəzifəsində Xəyal Cəfərovu əvəz edib. O isə bir qədər əvvəl SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru təyin olunub. 

Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid Zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib.

Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub ki, bu da hər il ölkəyə 160 milyon ABŞ dollarına qədər əlavə gəlir gəlməsi deməkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO