Türkmənistan Hava Yolları Moskvaya uçuşların dayandırılmasının müddətini UZATDI 

Türkmənistan Hava Yolları Moskvaya uçuşların dayandırılmasının müddətini UZATDI 

Hazırda oxunan: Türkmənistan Hava Yolları Moskvaya uçuşların dayandırılmasının müddətini UZATDI 

149614

Türkmənistan Hava Yolları Aşqabaddan Moskvaya uçuşlara tətbiq etdiyi məhdudiyyətin müddətini oktyabrın 28-dək uzadıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Türkmənistan Hava Yolları 2023-cü il avqustun 8-dən oktyabrın 28-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə uçuşları dayandırıb. Rusiyaya uçuşlar Aşqabad-Kazan-Aşqabad marşrutu ilə həyata keçiriləcək.

Moskva-Aşqabad marşrutu üzrə aviabileti olan sərnişinlər biletdə göstərilən tarix və vaxta uyğun olaraq yola düşməzdən üç saat əvvəl Kazana getməlidir. 

Qeyd edək ki, aviaşirkət Rusiya paytaxtının hava məkanında yaranmış vəziyyətlə əlaqədar hərəkəti riskli qiymətləndirib və uçuşları avqustun 1-dən 22-dək dayandırmışdı.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO