Abşeronda bir günə 1170 cinayət TÖRƏDİLİB - VİDEO

Abşeronda bir günə 1170 cinayət TÖRƏDİLİB - VİDEO

Hazırda oxunan: Abşeronda bir günə 1170 cinayət TÖRƏDİLİB - VİDEO

149597

Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri avqustun 4-də rayon ərazisində hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində əvvəllər məhkum olunmuş Ramil Hüseynov Hökməli qəsəbəsi ərazisində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Onun üstündən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkar edilib. 

Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı da üstündə qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Fərman Muradov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib. 

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah saxlayan Absət Abdullayev və Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi təşkil edən əvvəllər məhkum olunmuş Balabəy Ağadadaşov da saxlanılıblar.
Onlardan 1 ədəd “TT” markalı tapança, 8 ədəd patron və 1 kiloqramdan artıq heroin aşkar edilib. 

Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuş Şahmar Sadiqovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 9 ədəd patron aşkar edilib.

Digər əməliyyat zamanı Abşeron rayonunda silsilə oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9, “isti izlərlə” cinayətin açılması üzrə 30, narkotiklə əlaqəli cinayətlərə görə 9 nəfər saxlanılıb. 

Ötən gün Abşeron rayonunda keçirilən əməliyyat-profilaktiki tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 82, xırda xuliqanlığa və xırda talamaya görə 30 fakt aşkarlanıb, mülki axtarışda olan 27 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan 105 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən, konstruksiya dəyişikliyi edən 18 sürücü müəyyən edilib, dayanma-durma qaydalarının pozulmasına görə 196 fakt üzrə protokol tərtib olunub. 
Ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1710 fakt aşkar olunub. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO