Bakı-Quba yolunda hərəkət ÇƏTİNLƏŞDİ - VİDEO

Bakı-Quba yolunda hərəkət ÇƏTİNLƏŞDİ - VİDEO

Hazırda oxunan: Bakı-Quba yolunda hərəkət ÇƏTİNLƏŞDİ - VİDEO

149568

Bakı-Quba yolunun 127-ci km-də nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Yolun Şabran rayonunun Sincanboyat kəndindən keçən hissəsində avtomobillər üçün müvəqqəti alternativ yol açılıb. 

Bu barədə Bizim.Media-ya ərazidən keçən sürücülər məlumat verib.

Bizim.Media-nın Bakı-Quba yolunda xidmət edən tikinti təşkilatından əldə etdiyi məlumata görə, bu, müvəqqəti xarakter daşıyır. Yolun bu hissəsində elektron tərəzi quraşdırılması səbəbindən belə vəziyyət yaranıb. Hazırda sürücülər alternativ yoldan istifadə edir.
 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO