Ağdaşda sanitar-gigiyena qaydalarına əməl etməyən şəxs CƏRİMƏLƏNDİ 

Ağdaşda sanitar-gigiyena qaydalarına əməl etməyən şəxs CƏRİMƏLƏNDİ 

Hazırda oxunan: Ağdaşda sanitar-gigiyena qaydalarına əməl etməyən şəxs CƏRİMƏLƏNDİ 

149534

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı şəhər ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün Ağdaş şəhər sakini M.Quliyeva barəsində protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. 
Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO