ABŞ ukraynalı pilotlara Puerto-Rikoda təlim keçməyi PLANLAŞDIRIR 

ABŞ ukraynalı pilotlara Puerto-Rikoda təlim keçməyi PLANLAŞDIRIR 

Hazırda oxunan: ABŞ ukraynalı pilotlara Puerto-Rikoda təlim keçməyi PLANLAŞDIRIR 

149496

Ağ ev administrasiyası ABŞ-ın Puerto-Rikoda yerləşən köhnə hərbi-dəniz bazasını ukraynalı pilotların F-16 qırıcıları üzrə təlimlərində istifadə etməyi planlaşdırır. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə həftə əvvəl adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki Ruzvelt-Rouds hərbi-dəniz bazasında keçirilən iclasda ukraynalı pilotların burada təlim keçəcəyi açıqlanıb.  

Bazanın fəaliyyəti 2004-cü ildə dayandırılsa da, Vaşinqton ondan istifadə hüququnu özündə saxlayır. 

Qeyd edilib ki, bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski avqust ayında ukraynalı pilotların F-16 təyyarələrində təliminin başlayacağına ümidini ifadə etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO