Bakıda açıq ərazidəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB - FOTO/VİDEO   

Bakıda açıq ərazidəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB - FOTO/VİDEO   

Hazırda oxunan: Bakıda açıq ərazidəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB - FOTO/VİDEO   

149454

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, yanğınsöndürənlərin fəkadarlığı və peşəkarlığı sayəsində yanğının ərazidəki yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft və qaz boru kəmərləri və yaşayış evlərinə keçməsinə, böyük fəsadların yaranmasına imkan verilməyib. 

*** 16:44

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Ərazidə yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft boru kəmərləri və yaşayış evləri üçün yaranmış təhlükə havanın küləkli olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində aradan qaldırılıb. 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

*** 

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

*** 15:21

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazi yanır. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. 

Əlavə məlumat veriləcək. 













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO