“Fast food”larla bağlı XƏBƏRDARLIQ – “Bu qidalardan gündəlik istifadə...”

“Fast food”larla bağlı XƏBƏRDARLIQ – “Bu qidalardan gündəlik istifadə...”

Hazırda oxunan: “Fast food”larla bağlı XƏBƏRDARLIQ – “Bu qidalardan gündəlik istifadə...”

149444

“Fast food” tipli yeməklər Çoxumuzun gündəlik qida rasionumuzun ayrılmaz hissəsinə çevrilib. Lakin bu qidaların mütəmadi qəbulu sağlamlıq üçün ciddi fəsadlar yarada bilər. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən qida eksperti Asim Vəliyevin sözlərinə görə, aparılan araşdırmalar “fast-food” qidaların başda piylənmə, hipertoniya, diabet, ürək-damar xəstəlikləri olmaqla bir çox xəstəliyin əsas səbəbkarı olduğunu ortaya çıxarır:
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


“Fast-food” "sürətli qida" olaraq tərcümə olunur, sürətli və asan bir şəkildə hazırlanıb qısa müddətdə yeməyə hazır hala gələn qidalanma tərzidir. “Fast-food”lar;n ən məşhurları tost, kumpir, dönər, dürüm, kartof çipsi, pidə, lahmacun, hamburqer, toyuq naget, fri kartof, pizza, hotdoq və s. qidalardır. 

Bu qidalar kalori baxımından yüksək olduğu və müxtəlif kimyəvi qatqı maddələri qatıldığı üçün xəstəliklərə gətirib çıxarır. Məsələn bir yeməkdə orta ölçüdə fast-food restoran şəbəkəsi menyusu ilə biz gündəlik kalori ehtiyacımızın yarısından çoxunu qarşılayırıq. Digər yeməklərdə bu şəkildə qidalandıqda kalori qatbaqat artır. Artıq kalori isə piylənməyə səbəb olur. Bu durum ürək-damar xəstəlikləri, böyrək problemləri, tip 2 diabet, qaraciyər xəstəlikləri kimi bir çox sağlamlıq problemlərini ortaya çıxarır”.

Ekspert qeyd edir ki “Fast-food”larda asılılıq yaradan əsas kimyəvi qatqı maddələrdən biri də “mononatrium qlutamat”dır ki, bu maddə də dad reseptorlarını işə salaraq həmin qidalardan daha çox ləzzət almağımıza səbəb olur:

“Digər bir xəstəlik səbəbi natriumdur. Sağlam insan üçün gündəlik natrium qəbul miqdarı 2300 mq-dır. Orta ölçülü bir “fast-food” menyusu yedikdə 1325 mq natrium qəbul edirik. Bu gündəlik ehtiyacın yarıdan çoxuna bərabərdir. Natrium çox qəbul etdikdə hipertoniya və ürək-damar xəstəliklərinə səbəb olur. 

Ürək-damar xəstəliklərinin səbəb olduğu ölümlərin 10-da 1-i natriumdan qaynaqlanır. Hər 2290 mq natrium ilə təxminən 40 mq kalsium itkisi baş verir. Gündə 40 mq kalsium itkisi 10 ildə 10 faiz sümük itkisi ilə nəticələnə bilir. Bu gediş sonrakı yaş dövründə osteoporoz dediyimiz sümük xəstəliyinə gətirib çıxarır. 

Həmçinin aparılan araşdırmalar göstərir ki, daha çox "fast-food” istehlak edən insanlar depressiyaya meyilli olduğunu, eyni zamanda daha depressiv insanların daha çox fast-food istehlak etdiyini ortaya çıxarır.

“Fast-food” ilə əlaqəli olan digər bir sağlamlıq problem isə sonsuzluqdur. Üzun müddət fast-food qəbulu nəticəsində orqanizmə yığılan yağların və ftalatların reproduktiv pozuntulara səbəb olduğu bildirilir”. 

Asim Vəliyev onu da vurğulayıb ki “fast-food” dedikdə ağlımıza sadəcə hamburqer və kartof fri kimi qidalar gəlsə də, onlarla bərabər qazlı içkilər də bu sinifə daxildir:

“Qazlı içkilərin əksəriyyətində “fast-food” qidalardan daha çox şəkər mövcuddur. Çox şəkər isə daha çox yemək yeməyimizə və uzun müddətdə şəkərdən asılı olmağa gətirib çıxarır. Şəkərlə birlikdə qəbul etdiyimiz kalori də beynimizin mükafat sistemini işə salır. Mükafat sistemi beynimiz tərəfindən yaradılan və müəyyən vəziyyətləri həzz hissi ilə əlaqələndirməyimizə imkan verən bir mexanizmdir. 

Yemək yemə və ya cinsi ehtiyacımızı qarşılayarkən bu mükafat sistemi işə düşür və dopamin adlı kimyəvi bir maddə ifraz edir. Biz də bu ifrazı “zövq” olaraq qəbul edirik”.
Ekspert “fast-food” qidalar əvəzinə təbii, ev üsulu hazırlanmış qidalarla qidalanmağa, qazlı içkilər əvəzinə təmiz su içməyə, həmçinin mövsümi meyvə və tərəvəzlə qidalanmağı tövsiyə edib.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO