"Neftçi" Konfrans Liqasında mərhələ adladı

Hazırda oxunan: "Neftçi" Konfrans Liqasında mərhələ adladı

149378

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi" də bu gün meydana çıxıb. 

"Ağ-qaralar" Bakıda "Jelezniçar"ı qəbul edib. Sarayevoda keçirilən ilk görüşdə 2:2 hesablı heç-heçə edən komandaların bugünkü matçında "Neftçi" 2 cavabsız qolla qalib gəlib və 3-cü mərhələyə yüksəlib. 

"Neftçi" 3-cü mərhələdə “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək və ilk görüşünü səfərdə keçirəcək. 

3 avqust 

Konfrans Liqası 

2-ci təsnifat mərhələsinin cavab oyunu 

21:00."Neftçi" (Azərbacan) - "Jelezniçar" (Bosniya və Herseqovina) - 2:0  

Qollar: Kenni Sayef, 20 (1:0), Eddi İsrafilov, 68 (2:0) 

Baş hakim - Balazs Berke (Macarıstan). 

İlk oyun - 2:2 

Bakı. "Bakcell Arena" 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO