Rusiyada nazir SAXLANILDI  

Rusiyada nazir SAXLANILDI  

Hazırda oxunan: Rusiyada nazir SAXLANILDI  

149317

Rusiyanın Samara vilayətinin səhiyyə naziri Armen Benyan saxlanılıb. Dövlət Dumasının deputatı Xinşteyn Samara vilayətinin naziri və onun müavininin saxlandığını təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn xəbəri özünün “Telegram” kanalında təsdiqləyib. 

Deputatın sözlərinə görə, Benyan və Mairamukaev dələduzluq maddəsi ilə açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində iştirak edirlər. İstintaqı Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi aparır.

Xinşteyn Samara vilayətinin rəhbərliyində korrupsiyanın görünməmiş səviyyəsindən danışıb. Bu səbəbdən də regionda antikorrupsiya ifşalarının davam edəcəyini bildirib. Səhiyyə naziri və onun müavininin saxlanması daha əvvəl məlum olub. Belə ki, onların ofislərində axtarışlar aparılıb. 
Xatırladaq ki, Mairamukaev Rusiyanın Əczaçılıq, Tibbi Avadanlıq və Logistika Departamentinə rəhbərlik edirdi. Benyan isə 2020-ci ildə nazir postuna təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO