“Qarabağ”ın növbəti oyunu Tofiq Bəhramov adına stadionda keçiriləcək

“Qarabağ”ın növbəti oyunu Tofiq Bəhramov adına stadionda keçiriləcək

Hazırda oxunan: “Qarabağ”ın növbəti oyunu Tofiq Bəhramov adına stadionda keçiriləcək

149315

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Ağdam klubu Finlandiya çempionu HİK-i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Avqustun 10-da keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması Helsinki stadionunda təşkil olunacaq. Avqustun 17-dəki bu matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” və HİK Çempionlar Liqasının II təsnifat mərhələsində uduzaraq Avropa Liqasına yuvarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO