Amerikalı jurnalistlər Şuşada - FOTO

Amerikalı jurnalistlər Şuşada - FOTO

Hazırda oxunan: Amerikalı jurnalistlər Şuşada - FOTO

149263

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Şuşa şəhərində olub.

Bizim.Media xəbər verir ki, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı amerikalı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtması, hazırda aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

Nümayəndə heyəti “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Yuxarı Gövhərağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət edib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO