Peskov Putin-Ərdoğan görüşünün ANONSUNU VERDİ 

Peskov Putin-Ərdoğan görüşünün ANONSUNU VERDİ 

Hazırda oxunan: Peskov Putin-Ərdoğan görüşünün ANONSUNU VERDİ 

149223

“Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşün yeri və tarixi ilə bağlı yaxın vaxtlarda qərar qəbul etmək barədə razılığa gəliblər”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib. 

Peskov bildirib ki, liderlər Ukrayna və “Taxıl sazişi” ilə bağlı mövzulara toxunacaqlar:

“Gündəlikdə duran ilk məsələ çoxşaxəli olan ikitərəfli münasibətlərimizdir. Eyni zamanda Ukrayna diqqət mərkəzində olacaq. Bundan başqa bu gün Putinin türkiyəli həmkarına hərtərəfli izahat verdiyi “Taxıl sazişi” məsələsidir və təbii ki, dünyada baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq”. 

“Putin və Ərdoğan birincisi, bu görüşün harada keçiriləcəyi, ikincisi, vaxtı barədə yaxın gələcəkdə dəqiq qərar vermək barədə razılığa gəliblər. Bütün bunlar diplomatik kanallar vasitəsilə həyata keçiriləcək”, - Peskov bildirib. 

Kremlin sözçüsü qeyd edib ki, liderlərin görüşü Türkiyə ərazisindən kənarda baş tuta bilər:

“Görüş yerinin Türkiyə ərazisində olması mütləq deyil. Prezidentin özünün Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında dediyi kimi, indi onun ölkədə olması vacibdir. Ona görə də hər hansı səfərlər etmək onun üçün çətindir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO