“Yeni Klinika”da BİABIRÇILIQ – FOTO 

“Yeni Klinika”da BİABIRÇILIQ – FOTO 

Hazırda oxunan: “Yeni Klinika”da BİABIRÇILIQ – FOTO 

149206

Bakıda tanınmış tibb müəssisələrindən biri olan “Yeni Klinika”nın qarşısında Azərbaycan bayrağı tərsinə asılıb. 

Bizim.Media konkret.az-a istinadən xəbər verir ki, milli dəyərlərimizə hörmətsizlik göstərən klinika rəhbərliyi Azərbaycanın dövlət bayrağına da sayğısızlıq nümayiş etdirib.  

Hələ dövlət rəmzinin hansı qaydada asılması barədə məlumatı olmayan “Yeni Klinka” rəhbərliyi bayrağı asmazdan qabaq onun rənglərinin necə sıralanmasına fikir verməliydi. 

Bayraq xalqımızın qürur yeri, namusudur. Azərbaycanın Dövlət rəmzlərindən olan bayraq həm də and yerimizdir. Dalğalandıqca qürur duyduğumuz üçrəngli bayrağımızın hər rəngi özündə bir məna kəsb edir. Mavi, qırmızı və yaşıl rəngdən ibarət olan Azərbaycanın Dövlət bayrağına hörmət isə hər bir Azərbaycan vətəndaşının borcudur. Lakin rastlaşdığımız bu mənzərə bayrağımıza olan hörmətsizliyi özündə ehtiva edir. 
Yeri gəlmişkən, qeyd edək ki, son günlər klinikada neqativ proseslər baş verir. Növbəti yazılarımızda bu barədə geniş məlumat verəcəyik. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO