İrəvan erməniləri də Qarabağ klounlarından bezib - İtaliyalı hərbi ekspert 

İrəvan erməniləri də Qarabağ klounlarından bezib - İtaliyalı hərbi ekspert 

Hazırda oxunan: İrəvan erməniləri də Qarabağ klounlarından bezib - İtaliyalı hərbi ekspert 

149167

Qarabağda 44 günlük müharibə zamanı Xankəndidəki “doğum evinin atəşə tutulması” ilə erməni saxtakarlığını ifşa edən italiyalı hərbi ekspert Tomas Teyner Azərbaycan-Ermənistan siyasi müstəvisində baş verən son hadisələrə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, öz Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, rus “sülhməramlıları” və Qarabağın etnik erməniləri Ermənistandan Qarabağa qaçaqmalçılıq yolu ilə silah və sursat keçirmək üçün Azərbaycandan keçən Laçın yolundan istifadə ediblər:

"Bunun qarşısını almaq üçün Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsi yaradıb və hazırda bütün yükləri yoxlayır. 

Qarabağ erməniləri isə israr edirlər ki, Azərbaycanın daşınan yükləri yoxlamaq hüququ yoxdur.
Brüsseldə Azərbaycan və Ermənistan Ağdam yolunun açılması ilə bağlı razılığa gəliblər və razılaşıblar ki, bu yolda ümumiyyətlə heç bir yoxlama olmayacaq. Amma Qarabağ erməniləri bu yolu bağlayıb, indi acından öldüklərini iddia edirlər.

Problem ondadır ki, Azərbaycan və Ermənistan sülh istəsə də Qarabağ erməniləri müharibəyə gətirib çıxaracaq böhran yaratmaq istəyirlər. Ümid edirlər ki, başqa ölkələr Qarabağa gəlib onlar uğrunda vuruşacaq. Ancaq bu dəlilərin köməyinə heç kim gəlməyəcək. Hətta onları “aclığa" sövq edən Rusiya da. Fanatik erməni diasporu da Qarabağ ermənilərinin köməyinə gəlməyəcək.

1990-cı illərin əvvəllərində Ermənistan Qarabağda işğalçılıq müharibəsi apararaq qonşu rayonlara soxulub və bütün azərbaycanlıları qovub,  şəhərləri, qəsəbələri, kəndləri yerlə-yeksan edib, 30 il bu əraziləri işğalda saxlayıb. Bütün dünya dövlətləri isə ermənilərə bu rayonları qaytarmağı desə də bundan imtina ediblər. 2020-ci ildə Azərbaycan gözləməkdən yorulub və torpağını müharibə ilə geri alıb.
Nəticədə dünyanın heç bir ölkəsi Azərbaycanı qınamayıb. Ermənistan anlayıb ki, iş bitib və Qarabağ ermənilərini qorumağın yeganə yolu Azərbaycanla sülh bağlamaqdır. Amma Qarabağ erməniləri hələ də düşünürlər ki, Fransa və ya Rusiya kimi dövlətlər onlara görə Azərbaycan torpaqlarını işğal etməyə gələcəklər...

Ancaq heç kim gəlməyəcək.

Dayanmadan bütün dünyaya yalan danışırlar ki, guya "Bu ərazilər həmişə boş olub”, “Azərbaycan paytaxtımızı tamamilə dağıdıb”, “Azərbaycan soyqırımı etmək istəyir”... İndi də yalan uydururlar ki, separatçılar "acdır".

Onlar ya bu cəfəngiyyatı danışmağa davam edəcəklər, ya da sülhə imza atacaqlar.

30 il ərzində Qarabağ erməniləri Ermənistanı girov saxlayıb, 3 milyon erməninin gələcəyini 20 min Qarabağ ermənisinin radikal proqramına tabe etdiriblər.

Qarabağ klounlarından hətta ermənilər də bezib. Onlar erməni diasporu ilə birgə Böyük Ermənistanla bağlı illüziyalar naminə Ermənistan ermənilərinin ölməsini arzulayıblar, nəticədə isə 30 illik iqtisadi inkişafdan geri qalıblar və on minlərlə övladlarını itiriblər.

Ermənistan erməniləri nəhayət bu illüziyadan qurtulublar. Qarabağ erməniləri bunun davam etdirilməsində israr etsələr də tamamilə tək qalıblar. Dünya 30 ildir onlara "Bu cəfəngiyyatı dayandırın, barışın" deyir.

Ya Qarabağ erməniləri sülhlə razılaşacaqlar, ya da öz gələcəklərini məhv edəcəklər... Bu isə onlardan asılıdır, lakin o qədər radikaldırlar ki, fikirlərinin dəyişəcəyinə ümid yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO