Zaxarova Azərbaycanın işğalda olan 8 kəndindən danışdı - VİDEO

Zaxarova Azərbaycanın işğalda olan 8 kəndindən danışdı - VİDEO

Hazırda oxunan: Zaxarova Azərbaycanın işğalda olan 8 kəndindən danışdı - VİDEO

149146

Ərazi mübahisələri (Ermənistan tərəfindən işğal edilən Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi nəzərdə tutulur) Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi zamanı həll edilməlidir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə səsləndirib.

Onun sözlərinə görə, anklavlar məsələsi ilə müvafiq üçtərəfli komissiya məşğul olur:

"Düzdür, hər iki ölkənin bununla bağlı bir-birinə iradı var. Uzun fasilədən sonra iyulun 12-də komissiyanın 4-cü iclası keçirildi. Rəsmi Moskva bu işdə tərəflərə bütün yardımları göstərməyə hazırdır".



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO