“Qarabağ” bu gün Çempionlar Liqasında “Rakuv”la üz-üzə gələcək

“Qarabağ” bu gün Çempionlar Liqasında “Rakuv”la üz-üzə gələcək

Hazırda oxunan: “Qarabağ” bu gün Çempionlar Liqasında “Rakuv”la üz-üzə gələcək

149074

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Rakuv” komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq.

İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan "köhlən atlar" mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr "Aris"i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO