“Çox insan həyatımdan sildim, heç peşman da deyiləm. Çünki bəziləri həyatıma sevgidən çox burnunu soxurdu”.
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Televiziya ulduzu fikirlərini bu sözlərdə davam edib:
“Özəl statuslarımı gözləyənlər çoxdur. Sizə yenə sevgilərimlə gəldim. Nəzərinizə çatdırım ki, bu yazılanlar hər zaman mənim özümə aid deyil, hərdən olur, amma həmişə yox. Yəni sevgidən, ayrılıqdan, dostluqdan, xəyanətdən, nifrətdən, hirsdən, kindən doğan hissləri bütün insanlar yaşayır və mən də çoxlarının düşünüb yaza bilmədiyini yazıram. Bəyənənlər istifadə edə bilər, amma müəllif haqqını qorumaq şərtilə”.
Qeyd edək ki, V.Əlizadə iyunun sonunda aparıcısı olduğu “7 canlı” axşam şousundan gedib.
Sözügedən proqramı İlhamə Bədəlova aparıb. Məsələ ilə bağlı Əlizadə sosial şəbəkə hesabında post paylaşaraq “Dəyər görmədiyin, layiqincə sevilmədiyin, qısqanıldığın, enerji alamadığın ortamları cəzalandır. Tərk et...” sozlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:49 / 01.08.2023
Vüsalə Əlizadə: “Çox insanı həyatımdan sildim” - FOTO
Hazırda oxunan: Vüsalə Əlizadə: “Çox insanı həyatımdan sildim” - FOTO
Hazırda oxunan: Vüsalə Əlizadə: “Çox insanı həyatımdan sildim” - FOTO
148942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.