​​​​​​​Tanınmış jurnalistə yeni vəzifə VERİLDİ 

​​​​​​​Tanınmış jurnalistə yeni vəzifə VERİLDİ 

Hazırda oxunan: ​​​​​​​Tanınmış jurnalistə yeni vəzifə VERİLDİ 

148915

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov işindən ayrılıb. 

Bizim.Media xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Bundan sonra Vamiq Nəsirov əmək fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyində davam etdirəcək. O, Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsinə təyin edilib. 
Qeyd edək ki, 2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan Vamiq Nəsirov 2007-ci ildən "Xəzər TV"-də “Xəbərlər”, “Xəzər aktual” verilişinin eləcə də, "Gündəm", "32-ci gün", "Tarixdə o gün", “İcra vaxtı” verilişlərinin müəllifi və aparıcısı olub.

Vamiq Nəsirov "Zirvəyə doğru" və "Sadiq dost" sənədli filmlərinin müəllifidir. O, 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri olub. 

Vamiq Nəsirov 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən televiziya və radionun inkişafında ximətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub, 2020-2021-ci illərdə idman sahəsində ilin mətbuat katibi adına layiq görülüb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO