İpoteka və Kredit Zəmanət Fondunun gəlirləri və xərcləri kəskin artıb – HESABAT  

İpoteka və Kredit Zəmanət Fondunun gəlirləri və xərcləri kəskin artıb – HESABAT  

Hazırda oxunan: İpoteka və Kredit Zəmanət Fondunun gəlirləri və xərcləri kəskin artıb – HESABAT  

148913

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) cari ilin 6 ayı ərzində gəlir və mənfəətlərinin artması ilə bağlı məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, cari dövrdə fondun mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % artaraq 11 milyon 578 min manat təşkil edib.  

Faiz gəlirləri ötən ilə nisbətən 21,2 % artaraq 37 milyon 817 min manat, faiz xərcləri isə 24,8 % artaraq 20 milyon 805 min manat olub.  

Fondun gözlənilən kredit zərəri isə 2022-ci illə müqayisədə 24,6 % azalıb və hazırki 475 min manat manat səviyyəsinə düşüb.   

Hazırda fondun haqq və komissiya gəlirləri 635 min manat səviyyəsindədir ki, bu da ötən ilə nisbətəm 13,6 % azdır. Ancaq haqq və komissiya xərcləri 42,5% artaraq 861 min manat, digər gəlirləri isə 12,4% artaraq 661 min manat təşkil edib.  

İKZF-nun insan resursları üzrə xərclərində də ötən ilə nisbətən 25,6 faiz artım baş verib və hazırkı 3,001 milyon manat səviyyəsinə yüksəlib. İnzibati və digər xərclərində də 2,5 faizlik artım olub və hazırda 2 milyon 393 min manat təşkil edir. 
Cari ilin iyulun 1-nə qədər İKZF-nın aktivləri, öhdəlikləri, balans və nizamnamə kapitalında da ciddi artımlar müşahidə olunur. Belə ki, aktivlərdə 16,5 faizlik artım olub ki, bu da 2 milyard 542 milyon 149 min manat təşki edib. Öhdəlikləri 20,9 % artaraq 1 480,805 milyon manat, balans kapitalı isə 10,8 % artaraq 1 061,344 milyon manat, nizamnamə kapitalı isə 11,9 % artaraq 893 milyon manata çatıb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO