Gimnastımız Çində iki medal qazandı

Gimnastımız Çində iki medal qazandı

Hazırda oxunan: Gimnastımız Çində iki medal qazandı

148844

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha iki medal qazanıb.  

Bizim.Media xəbər verir ki, idmançımız növbəti cəhdindən gürzlər ilə hərəkətlərdə uğurlu çıxış edib.

Ağamirova 30.850 xal toplayaraq gümüş medala layiq görülüb. Zöhrə lentlə hərəkətlərdə də fəxri kürsüyə qalxıb. Ağamirova 29.150 xalla bürünc medal əldə edib.  
Xatırladaq ki, bədii gimnast daha öncə halqa ilə hərəkətlərdə uğurlu çıxış etmişdi. Finalda 31.800 xal toplayan Ağamirova gümüş medal əldə etmişdi. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO