BİZİM TƏQVİM: 1 avqust Azərbaycan əlifbası GÜNÜDÜR

BİZİM TƏQVİM: 1 avqust Azərbaycan əlifbası GÜNÜDÜR

Hazırda oxunan: BİZİM TƏQVİM: 1 avqust Azərbaycan əlifbası GÜNÜDÜR

148814

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Bəs, avqustun 1-də dünyada daha hansı hadisələr baş verib?

1. 1 avqust İsveçrənin Müstəqillik günüdür. Mərkəzi Avropada yerləşən bu ölkə 1291-ci ildən suveren dövlət kimi mövcuddur.              

2. 1 avqust 1473-cü ildə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu dövlətinin (1468-1501) qoşunları ilə Osmanlı ordusu arasında Malatya döyüşü olub. İki türk dövləti arasında bölgəyə nəzarət uğrunda müharibənin ilk döyüşü Ağqoyunluların qələbəsi ilə nəticələnsə də, on gün sonra Osmanlı ordusu Otluqbeli (Tərcan) döyüşündə Ağqoyunlu qoşunlarını ağır məğlubiyyətə uğratdı.

3. 1571-ci ilin 1 avqustunda Lala Mustafa Paşa əmrindəki Osmanlı ordusu Venesiyanın idarəsi altında olan Kipr adasını fəth etdi. Ada təxminən 300 il boyu Osmanlı imperatorluğunun tərkibində qaldı.

4. 1 avqust 1902-ci ildə Amerika Birləşmiş Ştatları Panama kanalının haqqlarını Fransadan satın alaraq inşaata başladı.

5. 1914-cü ilin bu günündə Birinci Dünya müharibəsi: Almaniya Rusiyaya müharibə elan edib. Bir qədər sonra Fransa və İngiltərə də müharibəyə qoşulublar.

6. 1 avqust 1918-ci ildə Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi və Fəhlə-Əsgər Deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlı mürtəce qurum yaradılıb.

Bir gün öncə süqut edən “Bakı Kommunası”nı əvəzləyən yeni qurum da, bolşeviklər kimi, Cümhuriyyət hökumətinin Bakıya gəlişinin qarşısını almağı məqsəd güdürdü. Lakin bu onlara müyəssər olmadı. İrandakı ingilis qoşunlarının köməyə çağırılması da işə yaramadı. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.

7. 1 avqust 1941-ci ildə İlk “Jeep” avtomobili istehsal edilib. İlk vaxtlar yalnız ABŞ ordusu üçün yaradılan “Jeep” sonradan sürətlə populyarlaşdı. Növbəti illərdə “Jeep” artıq bir marka hesab edilməkdən çıxdı və xalq arasında bu formada istehsal olunan avtomobillərə markası nə olursa olsun ümumiyyətlə “Jeep” deyilməyə başlandı.

8. 1 avqust Benin Xalq Respublikasının milli bayramıdır. Afrikanın qərbində, Qvineya körfəzi sahillərində yerləşən bu ölkə 1960-cı ilin bu günü istiqlaliyyətini bəyan edib.   

9. 1975-ci ilin 1 avqustunda Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisinin yekun aktı imzalandı. Hazırda ATƏT – yəni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanan bu qurumun Minsk qrupu Ermənistan-Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vasitəçi rolu öz üzərinə götürüb. Azərbaycan ATƏT-ə 1992-ci il iyunun 10-da daxil olub.

10. 1 avqust 2010-cu ildə Qara dənizin dibində tədqiqat işləri aparan alimlər burada dünya okeanının yeganə sualtı çayını tapıblar. Onlar adı bəlli olmayan bu çayın uzunluğunun 37 dəniz mili, eninin yarım mildən artıq, axma sürətinin isə saatda 4 mil (saatda təxminən 7 kilometr) olduğunu müəyyən ediblər. Su axını daha duzlu Mərmərə dənizindən Bosfor körfəzi vasitəsilə keçərək duzluluğu az olan Qara dənizə tökülür. Bu səbəbdən də çayın suyu həddindən artıq duz qatına malik olması ilə fərqlənir.

1 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur fransız təbiətşünası Jan Batist Lamark 1744-cü ilin bu günü anadan olub.

2. 1 avqust tanınmış Azərbaycan yazıçısı Seyid Hüseynin xatirə günüdür. O,1887-ci  ilin bu günündə dünyaya gəlib. Seyid Hüseyn 1938-ci il repressiya qurbanı olub və güllələnib. (1887-1938)

3. 1 avqust tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin xatirə günüdür. Mahnı və romansları lirizmi, milli musiqi və poeziya ilə üzvi əlaqəsi, yeni intonasiyaları ilə fərqlənən Qəmbər Hüseynlinin “Cücələrim” mahnısı dünya sərhədlərini aşaraq məşhurlaşıb və bu gün də sevilərək oxunur. (1916-1961)
4. Azərbaycan boyakarı və teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR əməkdar artisti Həsənağa Mustafayev 1 avqust 1896-cı ildə anadan olub. 

5. Azərbaycanlı hərbçi, Milli Qəhrəman Ələsgər Novruzov 1 avqust 1949-cu ildə dünyaya göz açıb.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO