Xaricilərin Azərbaycanda bank kartları ilə xərclədiyi məbləğ açıqlandı

Xaricilərin Azərbaycanda bank kartları ilə xərclədiyi məbləğ açıqlandı

Hazırda oxunan: Xaricilərin Azərbaycanda bank kartları ilə xərclədiyi məbləğ açıqlandı

14881

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk ayında da davam edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin saytında yer alıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar ayında Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. 

2021-ci ilin yanvar ayında ölkəmizə gələnlərin 34,1 faizi Rusiya Federasiyası, 28,4 faizi Türkiyə, 13,1 faizi İran, 11,7 faizi Gürcüstan, 2,1 faizi Ukrayna, 1,5 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,8 faiz olmaqla Özbəkistan və Türkmənistan, 0,7 faizi Qazaxıstan, 0,6 faizi Almaniya, 0,5 faizi İtaliya, 0,4 faizi ABŞ, 0,3 faizi Fransa, 4,0 faizi digər ölkələrin vətəndaşları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar ayında Gürcüstandan gələnlərin sayı 15,1 dəfə, Qazaxıstandan - 12,6 dəfə, Türkmənistandan - 8,8 dəfə, Özbəkistandan - 6,0 dəfə, Rusiya Federasiyasından - 5,5 dəfə, Ukraynadan - 5,3 dəfə, Böyük Britaniyadan - 3,5 dəfə, İrandan - 2,8 dəfə, Belarusdan - 2,6 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.

2020-ci ilin yanvar ayı ilə müqayisədə ümumilikdə Körfəz ölkələrindən gələnlərin sayı 7,3 dəfə azalaraq 4,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 14,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,7 dəfə azalaraq 1,6 min nəfər olub.

2021-ci ilin yanvar ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25 milyon manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO