Uqandada “ASAN xidmət” konsepsiyası əsasında mərkəz AÇILDI – FOTO  

Uqandada “ASAN xidmət” konsepsiyası əsasında mərkəz AÇILDI – FOTO  

Hazırda oxunan: Uqandada “ASAN xidmət” konsepsiyası əsasında mərkəz AÇILDI – FOTO  

148734

Uqandanın Hoima şəhərində “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzinin açılışı olub. 

"ASAN xidmət"dən Bizim.Media-ya verilən xəbərə görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa iştirak ediblər. 

Uqandalı nazir Azərbaycan Prezidenti və Dövlət Agentliyinə ölkəsində xidmət mərkəzlərinin yaradılmasına verdiyi dəstəyə görə təşəkkür edib. Eyni zamanda “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək yeni xidmət mərkəzinin Afrikada yerləşən digər ölkələrə də nümunə olacağını qeyd edib. 
Dövlət Agentliyinin nümayəndə heyətini Uqanda Prezidenti Yoveri Kaquta Museveni də qəbul edib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO