Bu şəxslərin maaşı 100 manata yaxın ARTDI  

Bu şəxslərin maaşı 100 manata yaxın ARTDI  

Hazırda oxunan: Bu şəxslərin maaşı 100 manata yaxın ARTDI  

193306

Son bir ildə Bakı şəhərində orta aylıq əmək haqqının məbləğində 100 manata yaxın artım qeydə alınıb. Ötən ilin aprelin 1-də 1 152 manat olan orta maaş məbləği bu ilin aprelin 1-də 1 244 manata çatıb. 

Bizim.Media “sfera.az”a istinadən xəbər verir ki, bir il ərzində paytaxtda muzdla çalışanların orta əmək haqqı 92 manat artıb. 

Son bir ildə çalışanların sayında da ciddi artım qeydə alınıb. Bir il əvvəl paytaxtda 905 min muzdlu işçi olub. Amma bu il onların sayı 954,4 minə çatıb. Müqayisə edilən müddətdə işçi sayında 49,4 min artım baş verib. 
Xatırladaq ki, Azərbaycanda orta əmək haqqı 985 manat təşkil edir. Orta maaş Bakıda 1244 manat olsa da, kənar regionlarda 675 manatdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO