"Bütün erməni siyasətçiləri, bütün ekspertlər, bütün jurnalistlər və bloqerlər super ulduz Vaqif haqqında danışarkən “oğurluq” sözünü işlədirlər. Onların fikrincə, Azərbaycan Vaqifi tutmayıb, saxlamayıb, konkret olaraq oğurlayıb".
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün “Telegram” kanalında tanınmış erməni fəal və bloqer İşxan Verdyan azərbaycanlılara qarşı soyqırımı törətmiş Vaqif Xaçaturyanın saxlanılmasına münasibət bildirərkən səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan ermənilərin anlayışında kainatdan ayrı yerdə mövcuddurlar və bir gün bütün azərbaycanlılar dəhşətli əzab içində ölsələr, həmin gün ermənilər üçün ən xoşbəxt gün olacaq:
"Şiddətli kin və reallıqdan mütləq uzaqlaşma... Sual olunur: "Azərbaycanlıların niyə belə qonşulara yazığı gəlməlidir? Niyə onlarla sülh istəyir? Niyə öz ölkəsində onlara dözür? Hansı ləyaqətinə görə?
Özümdən iyrənirəm. Kim olduğuma görə özümə nifrət edirəm. Kaş ki, doğrudan da türk olaydım, bir qıraqda oturub güləydim. Artıq xalqımı bürümüş dəliliyə baxa bilmirəm".
Bizim.Media
- A-
- A
- A+
Region
10:17 / 31.07.2023
İşxan Verdyan: "Özümdən iyrənirəm, kaş türk olaydım"
Hazırda oxunan: İşxan Verdyan: "Özümdən iyrənirəm, kaş türk olaydım"
Hazırda oxunan: İşxan Verdyan: "Özümdən iyrənirəm, kaş türk olaydım"
148724
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.