Polis Gəncədə əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO  

Polis Gəncədə əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO  

Hazırda oxunan: Polis Gəncədə əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO  

148722

Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq oradan ümumilikdə 30.000 manatdan çox məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.Şəxs ətrafında istintaq tədbirləri davam etdirilir. 

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək onun bank kartındakı pulu ələ keçirən şəxs saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Kənan Vəliyev onlayn yolla vətəndaşın kartından 902 manat pulu başqa karta köçürərək mənimsəyib. 

3-cü Polis Bölməsinin və 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində isə şəhər ərazisində 15-ə yaxın velosipedi oğurlamaqda şübhəli bilinən Elgün İsmayılov saxlanılıb.

Dindirilmə zamanı E. İsmayılov törətdiyi cinayət hadisəsini etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib. 

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO