Karantin qaydaları yenidən sərtləşdiriləcək

Karantin qaydaları yenidən sərtləşdiriləcək

Hazırda oxunan: Karantin qaydaları yenidən sərtləşdiriləcək

14862

Qazaxıstanın paytaxtı Nur-Sultanda koronavirusa yoluxma sayında artım müşahidə olunduğu üçün karantin qaydaları sərtləşdirilir.

Bizim.Media xəbər verir ki, əlavə karantin məhdudiyyətləri ilə bağlı qərar martın 18-dən etibarən qüvvəyə minəcək.

Martın 18-dən etibarən ictimai iaşə obyektlərinin (restoranlar, kafe, bar, yeməkxana) iş saatları qısaldılır. Bundan əlavə, bu tarixdən etibarən kinoteatrların və kino salonlarının fəaliyyəti də dayandırlır.

Нovruz bayramı münasibətilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Martın 21-də əyləncə mərkəzlərinin, ticarət evlərinin, ticarət mərkəzlərinin (içərisində yerləşən apteklər, habelə məkanından asılı olmayaraq fəaliyyətinə icazə verilən qida məhsulları obyektləri istisna olmaqla) fəaliyyəti dayandırılır.

Bundan başqa bazar günü ictimai nəqliyyatın fəaliyyəti də dayandırılacaq, dezinfeksiya işləri aparılacaq. Fitness zalları, idman və istirahət obyektləri şənbə və bazar günləri fəaliyyət göstərməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO