Dünya Türk Dilləri Gününü təsis edə bilər

Dünya Türk Dilləri Gününü təsis edə bilər

Hazırda oxunan: Dünya Türk Dilləri Gününü təsis edə bilər

148518

Dünya Türk Dilləri Günü BMT-nin tədbirlərinin təqvimində yer ala bilər. Bu təklif sentyabrda Türkmənistan tərəfindən irəli sürüləcək. 

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki,təklif sentyabrın 12-də Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında elan olunacaq. 

Bu barədə Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov hökumətin iclasında bildirib. 

Qeyd edək ki, dünyada 180 milyondan çox insan türk dillərində danışır. Türkiyə, Türkmənistan, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi ölkələrdə türk dillərində danışılır.

Bundan əlavə İran, Rumıniya, Bolqarıstan, Albaniya, Monqolustan, Çin, Əfqanıstanda da əhalinin bir qismi tərəfindən türk dili aktiv istifadə olunur.  

Bundan başqa Rusiyanın Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Yakutiya, Altay, Xakasiya, Qaraçay-Çərkəz, Kabardin-Balkar və s. bölgələrində də bu dildə danışılır. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO