Trampdan Ağ Evə: “Məhkum olsam belə prezidentliyə namizədliyimi geri götürməyəcəyəm”

Trampdan Ağ Evə: “Məhkum olsam belə prezidentliyə namizədliyimi geri götürməyəcəyəm”

Hazırda oxunan: Trampdan Ağ Evə: “Məhkum olsam belə prezidentliyə namizədliyimi geri götürməyəcəyəm”

148479

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı yeni ittihamlarla bağlı açıqlama verib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Tramp yerli KİV-ə müsahibəsində ona qarşı irəli sürülən ittihamlara görə cəzalandırılsa və məhkum olsa belə 2024-cü ildə prezidentlik kampaniyasını davam etdirəcəyini açıqlayıb.

Ağ Ev üçün namizədliyini geri götürməyəcəyini vurğulayan Tramp “Konstitusiyada belə bir şey yoxdur. Hətta radikal solçular da heç nə demir və məni heç kim dayandıra bilməz. Bu insanlar xəstədir və onların etdikləri tamamilə dəhşətlidir”, - deyə o, qeyd edib. 
Trampın məxfi sənədləri qanunsuz olaraq gizlətdiyinə görə mühakimə olunduğu işdə ona qarşı irəli sürülən ittihamların sayı 40-a çatıb. Genişləndirilmiş ittihamnamədə Tramp işçilərindən Floridadakı malikanəsinin müşahidə kameralarının görüntülərini silməyi xahiş etməkdə günahlandırılıb.

Prokurorlar Trampın malikanəsinin meneceri 56 yaşlı Karlos de Oliveyranı ədalət mühakiməsinə mane olmaq üçün sui-qəsddə ittiham ediblər.

İttihama görə, Ədliyyə Nazirliyi müşahidə kameralarının görüntülərini tələb etdikdən sonra Oliveyra Trampın tələbi ilə başqa bir işçiyə videoları silməyi əmr edib.

De Oliveyra həmçinin gizli sənədlərlə heç bir əlaqəsi olmadığını iddia edərək istintaqa yalan ifadə verməkdə ittiham olunub. Əvvəllər də müxtəlif ittihamlarda adı hallanan Trampın əməkdaşı Uolt Nautanın da Oliveyra ilə əlbir olduğu bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO