“Qarabağ” Şahruddini əvəzləyəcək qapıçını İngiltərədən gətirir

“Qarabağ” Şahruddini əvəzləyəcək qapıçını İngiltərədən gətirir

Hazırda oxunan: “Qarabağ” Şahruddini əvəzləyəcək qapıçını İngiltərədən gətirir

148458

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una 2:3 hesabıyla uduzan "Qarabağ" qapı mövqeyi ilə bağlı hərəkətə keçib.

Ağdam təmsilçisinin əsas qolkiperi Şahruddin Məhəmmədəliyevin sözügedən görüşdə buraxdığı kobud səhvlər və ardından edilən kəskin tənqidlər son ölkə çempionunu bu addımı atmağa vadar edib.  

Bizim.Media xəbər verir ki, "Qarabağ" İngiltərənin "Haddersfild" klubunun qapıçısı Li Niçollzla maraqlanır.  

Qeyd edək ki, "Uiqan" klubunun yetirməsi olan 30 yaşlı Niçollzun "Haddersfild"lə 2026-cı ilədək müqaviləsi var. Onun transfer dəyəri isə 900 min avrodur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO