Rusiya ordusu Dneprdə yaşayış binasına raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat yayıb.
“Rusiya terrorçuları çoxmərtəbəli yaşayış binasına daxil olublar”, - deyə nazir bildirib.
Bildirilib ki, hücum nəticəsində 12 mərtəbəli yaşayış binasının yuxarı mərtəbələrinə ziyan dəyib.
Hücum nəticısində ilkin ehtimallara görə, 5 nəfər yaralanıb. Onlardan 4-ü 18-53 yaş arası kişilər və 77 yaşlı ahıl qadındır.
Yanğınsöndürmə briqadası binada baş verən yanğını söndürməyə nail olub.
![](http://ssl.bizim.media/file/articles/2023/07/28/1690573785_photo_5341585452794240728_y.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/07/28/1690573792_photo_5341585452794240729_y.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/07/28/1690573769_photo_5341585452794240730_y.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/07/28/1690573737_photo_5341585452794240731_y.jpg)