Paster: “Uşaqlığım anamla həbsxanalara sovqat daşımaqla keçib” – VİDEO 

Paster: “Uşaqlığım anamla həbsxanalara sovqat daşımaqla keçib” – VİDEO 

Hazırda oxunan: Paster: “Uşaqlığım anamla həbsxanalara sovqat daşımaqla keçib” – VİDEO 

148329

““Montin”də böyümüşəm. Dünyaya gələndə və biraz özümü dərk edəndə atam artıq narkomaniyaya qurşanmışdı. 1990-cı illərin əvvəlləri çətin vaxtlar idi. Həbsxana həyatı... Həyatım anamla həbsxanalara bağlama daşımaqla keçib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Paster ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Pərviz Quluzadə qonaq olduğu “Qapqara” verilişində deyib. 

Uşaqlığının çətin keçdiyini söyləyən musiqiçi bildirib ki, uzun illər səs rejissoru kimi çalışdığı “Space” televiziyasından işdən azad edildiyi üçün həyatdan ağır zərbə alıb: 

“Uşaqlıqda görməli və görməli olmadığım şeylər travma kimi ağlımdadır. “Kubinka” həyatını görmüşəm. Atam mən məktəbdə oxuyarkən cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Bu yaşda bir uşaq üçün çox böyük zərbə idi. Daha sonra biz anamla tək qaldıq. Anam bizim üçün çalışdı-vuruşdu və bizi müəyyən yerə gətirib çıxardı. Məktəbi bitirəndən sonra hərbi xidmətə yollandım.

Gələndən sonra isə başladım anbarda işləməyə. Orada işlədiyim dönəmdə musiqi ilə məşğul olurdum. Sonra səs rejissorluğu sahəsini öyrəndim. Gedib televiziya kanallarının birində çalışmağa başladım. Sonuncu çalışdığım kanal isə “Space” TV oldu. Günlərin bir günü məni gəlib orada işdən azad etdilər.
Bu, mənə həyatda sillə kimi oldu. Çünki səhər gəlmisən işə və işdən azadsan. Gedəcək başqa yer yox. Evdə bunu demək istəmirsən. Kirayədə qalırsan və bununla necəsə bacarmaq lazımdır. Eləcə də davam etdim. Səhər evdən çıxıb guya işə gedirdim. Amma gedib uşaqların səs yazma studiyasında qalırdım, yaşayırdım”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO