Müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ÖDƏNİLƏCƏK 

Müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ÖDƏNİLƏCƏK 

Hazırda oxunan: Müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ÖDƏNİLƏCƏK 

148220

Müharibə veteranlarının təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev “Sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb. 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilib: 

1.1. adına “uşaqlarının” sözündən sonra “, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin” sözləri əlavə edilib; 

1.2. 1-ci hissədən “, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılıb və həmin hissədə “2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş” sözləri “təsdiq etdiyi” sözləri ilə əvəz edilib; 

1.3. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib: 

“1-1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.”. 

Sərəncama əsasən, Nazirlər Kabineti sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. 
Bu Sərəncam 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO