Hikmət Hacıyev: Ermənistanın Ağdam yolundan imtina edərək Laçından istifadədə israrı qəbuledilməzdir

Hikmət Hacıyev: Ermənistanın Ağdam yolundan imtina edərək Laçından istifadədə israrı qəbuledilməzdir

Hazırda oxunan: Hikmət Hacıyev: Ermənistanın Ağdam yolundan imtina edərək Laçından istifadədə israrı qəbuledilməzdir

148116

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüş barədə paylaşım edib. 

Bizim.Media xəbər verir ki, H. Hacıyev paylaşımı rəsmi “Twitter” hesabında edib. 

“Ermənistan tibbi təxliyələr və tədarükün mümkün olduğu Laçın yolu məsələsi üzrə siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. 

Brüssel görüşündə Ağdam-Xankəndi yolunun daha çox çatdırmalar üçün istifadə edilməsi ilə bağlı razılıq əldə edilib. Bu məsələ həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatında da vurğulanıb”, - deyə H. Hacıyev qeyd edib. 
O bildirib ki, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO