Konfrans Liqasında təmsilçimiz "Neftçi" səfərə çıxıb.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar" saat 18:00-da çarter reysilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya yollanıb.
Turnirin II təsnifat mərhələsinin ilk matçında yerli "Jeleziçar"ın qonağı olacaq Bakı təmsilçisi son transferlərini də səfərə aparıb.
Bunlar yarımmüdafiəçi Qara Qarayevlə fransalı müdafiəçi Ervin Koffidi. Amma legionerdən fərqli Qara əvvəlki klubu "Qarabağ"da Çempionlar Liqasında oynadığından təsnifat mərhələsində çıxış edə bilməz.
Xatırladaq ki, "Jelezniçar" - "Neftçi" iyulun 27-də Bakı vaxtilə saat 23:00-da keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media