Kürdəmirdə zəncirvari QƏZA: Xəsarət alanlar var - FOTO

Kürdəmirdə zəncirvari QƏZA: Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Kürdəmirdə zəncirvari QƏZA: Xəsarət alanlar var - FOTO

147957

Kürdəmirdə 5 maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun M.P.Vaqif küçəsində qeydə alınıb. 

Belə ki, VAZ 24 markalı avtomaşının sürücüsü yoldan çıxaraq yol kənarında dayanmış 4 maşına çırpılıb.
Nəticədə rayonun Sovla kənd sakini 33 yaşlı Cəfərov Cavid Baxış oğlu və rayonun Sor-Sor kənd sakini 72 yaşlı Rzayev Hətəmxan Hətəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.  








Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO