Bakıda piyadanı vurub hadisə yerindən qaçan şəxs tutuldu

Bakıda piyadanı vurub hadisə yerindən qaçan şəxs tutuldu

Hazırda oxunan: Bakıda piyadanı vurub hadisə yerindən qaçan şəxs tutuldu

14794

Yasamal rayonunda piyadanı vurub hadisə yerindən yayınan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, Bakı şəhər sakini N.Dadaşova yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədib qaçmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsünün Sumqayıt şəhər sakini C.Cəfərov olduğu müəyyənləşdirilib.

Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO