Qubada qətlə yetirilən qadının atası təfərrüatları AÇIQLADI - FOTO

Qubada qətlə yetirilən qadının atası təfərrüatları AÇIQLADI - FOTO

Hazırda oxunan: Qubada qətlə yetirilən qadının atası təfərrüatları AÇIQLADI - FOTO

147911

Qubada 26 yaşlı Elşad Akif oğlu Güliyevin boşanmaq istədiyi arvadını öldürməsi ilə bağlı daha bir təfərrüat məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, Xucbala kəndindən qayınatasıgilin yaşadığı Mahmudqışlaq kəndinə iyulun 25-i gecə saat 4-də gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Ər arvadını övladının gözü önündə ÖLDÜRDÜ – Qubadakı qətlin TƏFƏRRÜATI - FOTO


Əvvəlcə qaynatası Vasifin evinin qarşısındakı elektrik sayğacını bağlayaraq, qapağını sındırıb.

Elşad işığı söndürəndən sonra qaranlıq həyətə girərək pəncərədən arvadının yatdığı otağa daxil olub. Bu zaman səsə oyanan qadınla mübahisə edərək onu bıçaqlayaraq öldürüb. Rəvanə Güliyeva həmin vaxt evdə tək olub, o qadının köməksiz vəziyyətindən istifadə edib.

Mərhum Rəvanənin atası Vasif Əliyev jurnalistlərə  müsahibəsində bildirib ki, qızı 6 il öncə Elşadla ailə həyatı qurub. Həmçinin son 6 aya yaxındır ki, qızı boşanmaq istədiyi üçün ər evindən ata evinə geri qayıdıbmış.
Qanlı olayı Quba rayon prokurorluğu araşdırır. 

Fakta görə cinayət işi açılıb.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO