Avropa İttifaqı Ukrayna üçün növbəti maliyyə yardımını təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter" hesabında bildirib.
"Mən Rusiyanın Ukraynanın taxıl anbarı və ixrac infrastrukturuna zərbələrini qətiyyətlə pisləyirəm. Rusiya amansız müharibəsini davam etdirdiyi bir zamanda biz də Ukraynanı dəstəkləməyə davam edirik.
Bu gün biz dövlət xərclərinə və infrastrukturun təmirinə kömək etmək üçün daha 1,5 milyard avro ödədik", - Ursula von der Leyen paylaşımında bildirib.
O əlavə edib ki, Aİ Ukraynaya yardım etməyə davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:10 / 25.07.2023
Aİ Ukrayna üçün yenidən maliyyə yardımı AYIRDI
Hazırda oxunan: Aİ Ukrayna üçün yenidən maliyyə yardımı AYIRDI
Hazırda oxunan: Aİ Ukrayna üçün yenidən maliyyə yardımı AYIRDI
147904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.