Türkiyədən Danimarkada Quranın yandırılmasına ETİRAZ  

Türkiyədən Danimarkada Quranın yandırılmasına ETİRAZ  

Hazırda oxunan: Türkiyədən Danimarkada Quranın yandırılmasına ETİRAZ  

147830

Türkiyə Xarici İşlər Nazirliyi İraqın Danimarkadakı səfirliyinin binası qarşısında Quranın yandırılmasına etiraz bəyanatı yayıb. 

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə XİN Danimarkanın bu əməlini pisləyib. 

“24 iyulda Kopenhagendə müqəddəs kitabımız Qurani-Kərimə qarşı təkrarlanan alçaq hücumları ən sərt şəkildə pisləyirik. Danimarka hakimiyyəti beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət etməli və İslam dininə və onun milyardlarla ardıcıllarına qarşı nifrət alovlandıran bu çirkin əməllərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir”, - deyə bəyanatda qeyd edilib. 

Qeyd edək ki, ötən gün Danimarkanın paytaxtı Kopenhagendə yerləşən İraq səfirliyinin binası qarşısında  Quran yandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO