Türkiyədə Ayasofya məscidinin açılmasının üçüncü ildönümü qeyd olunur

Türkiyədə Ayasofya məscidinin açılmasının üçüncü ildönümü qeyd olunur

Hazırda oxunan: Türkiyədə Ayasofya məscidinin açılmasının üçüncü ildönümü qeyd olunur

147820

İstanbuldakı tarixi Ayasofya bu gün məscid kimi fəaliyyətə başlamasının üçüncü ildönümünü qeyd edir. 

Bizim.Media Anadolu Agentliyinə istinadla xəbər verir ki, Ayasofya məscidində sübh namazına Türkiyənin Diyanət İşlər Baş İdarəsinin sədri Ali Erbaş imamlıq edib. 

Ayasofyanın yenidən məscid kimi istifadəyə verilməsini həyatının ən xoşbəxt günlərindən biri adlandıran A.Erbaş bunun ən gözəl addım olduğunu dilə gətirib:

“Ölkə başçımızın qərarı ilə üç il bundan əvvəl Ayasofya yenidən ibadət üçün açıldı. Bu vaxta qədər tarixi məkanı ümumilikdə 21 milyon insan ziyarət edib”. 

Bu məkanın 1453-cü ildə İstanbulu fəth edən Osmanlı sultanı Fateh Sultan Mehmeddən miras qaldığını və İstanbulun ən əhəmiyyətli simvolu olduğunu vurğulayan A.Erbaş milyonlarla insanın qiyamətə qədər Ayasofyada ibadət etməsini arzuladığını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO