Siyəzən qəzasında xəsarət alan 7 nəfərin kimliyi BİLİNDİ  

Siyəzən qəzasında xəsarət alan 7 nəfərin kimliyi BİLİNDİ  

Hazırda oxunan: Siyəzən qəzasında xəsarət alan 7 nəfərin kimliyi BİLİNDİ  

147787

Bu gün Siyəzən-Qalaltı yolunun rayonun Eynibulaq kəndi ərazisində baş verən qəzada yaralanan 7 nəfərin kimliyi məlum olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın Muçu kənd sakini, 50 yaşlı İlham Mirağa oğlu Dünyaminovun idarə etdiyi "UAZ" markalı avtomaşınla Siyəzən şəhər sakini, 60 yaşlı Yaqub Mexoş oğlu Əhmədovun idarə etdiyi "Pikap" markalı yük maşınının toqquşması nəticəsində hər iki sürücü və 5 sərnişin xəsarət alıb. 

Xəsarət alanlardan 5 nəfər Siyəzən rayon sakinləridir. Bunlar Siyəzən şəhər sakinləri, 41 yaşlı Müzəffər Vahab oğlu Vahabov, 40 yaşlı Elşən Baba oğlu və 48 yaşlı İlham Baba oğlu Əzizovlar, 38 yaşlı Təhmaz Nemət oğlu Quliyev və Siyəzən rayonunun Eynibulaq kənd sakini 57 yaşlı Mübariz Qara oğlu Məmmədovdur.  
Qəzanın hansı səbəbdən baş verməsini Siyəzən rayon polis şöbəsinin istintaq bölməsi araşdırır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO