“Ermənilər inteqrasiyadan imtina etsə, Azərbaycan hərbi əməliyyatlara başlayacaq” - POL QOBL

“Ermənilər inteqrasiyadan imtina etsə, Azərbaycan hərbi əməliyyatlara başlayacaq” - POL QOBL

Hazırda oxunan: “Ermənilər inteqrasiyadan imtina etsə, Azərbaycan hərbi əməliyyatlara başlayacaq” - POL QOBL

147731

“Qarabağdakı ermənilər inteqrasiyadan imtina etsələr, hesab edirəm ki, Bakı son nəticədə hərbi vasitələrə əl atacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, amerikalı məşhur politoloq Pol Qobl deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı politoloq: “Ermənistan Rusiyaya xəyanət edib Fransa və ABŞ-a tərəf gedir”


Xankəndidə yaşayan ermənilərin Azərbaycana inteqrasiyası ilə bağlı addımlar atılmalı olduğunu deyən politoloq, bu baş verməsə, Azərbaycanın güc tətbiq edəcəyinə diqqət çəkib:

“Bakı hərbi vasitələrə əl atacaq. Və bu, çoxlarının düşündüyündən daha tez ola bilər. Deyə bilərəm ki, İrəvanda bu mövzular ciddi düşünməyə vadar edir. Lakin Xankəndidəkilər üçün bunu deyə bilmərəm. Qərb nizamlanma istəyir. Xüsusən Rusiyanın zəiflədiyi bir vaxtda Bakı da, İrəvan da bundan faydalana bilər. Mən bütün səviyyələrdə danışıqların tərəfdarıyam. Nə qədər çox danışılarsa, bir o qədər inam yaranar və zorakılıqsız həll ehtimalı bir o qədər çox olar”, - deyə P.Qobl əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO