Hansı bankların kredit faizləri DAHA YÜKSƏKDİR? – ARAŞDIRMA 

Hansı bankların kredit faizləri DAHA YÜKSƏKDİR? – ARAŞDIRMA 

Hazırda oxunan: Hansı bankların kredit faizləri DAHA YÜKSƏKDİR? – ARAŞDIRMA 

147707

Uzun müddətdir ki, Azərbaycanda kommersiya bankları tərəfindən vətəndaşlara təqdim edilən nağd pul kreditlərinin faiz dərəcələrinin yüksək olması barədə ciddi narazılıq var. 

Bizim.Media yaranan narazılıqları nəzərə alaraq, 11 kommersiya bankının istehlakçılara təklif etdiyi nağd pul kreditləri ilə bağlı araşdırma aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hansı banklar xarici valyutanı ən ucuza alıb, baha satmağa ÇALIŞIR? – ARAŞDIRMA 


Araşdırma nəticəsində ən yüksək və ən aşağı faizlə kredit verən bankların siyahısı hazırlanıb:

Bank Avrasiya

Belə ki, “Bank Avrasiya” ASC həm iki cür illik faiz dərəcəsi, həm də bəzi ağır şərtləri ilə ilk yerdə dayanır. Hazırda bank iki şərtlə - daşınmaz əmlak və qızıl girovunun təqdim olunması şərti ilə nağd pul kreditinin verilməsini təşkil edir. 

Əgər istehlakçılar daşınmaz əmlak girovunun təqdim olunması yolu ilə nağd pul krediti almaq istəyirlərsə, bu zaman onlara illik 15 faizlə 100 000 manata qədər kredit verilir və onun ödənməsi üçün maksimum 60 aylıq müddət təyin olunur. Kredit götürülərkən 1 faizlik komissiya haqqı tutulur. Krediti əldə etmək üçü şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənədlər tələb olunur. 

Qızıl girovunun təqdim olunması şərti ilə nağd pul krediti isə illik 19 faizlə təqdim olunur. Müddəti 48 ay olan kreditin maksimum məbləği 20 000 manatdır. Kreditin təqdim olunması zamanı müştəridən 0,8 faizlik komissiya haqqı tutulur. 

Azərbaycan Sənaye Bankı 

İkinci yerdə illik 13-19 faiz dərəcəsi ilə “Azərbaycan Sənaye Bankı” ASC dayanır. Krediti vermək üçün müştəridən bir neçə şərt tələb olunur. Belə ki, vətəndaş ilk dəfə banka müraciət edirsə, maaşlı müştəri qrupuna aiddirsə və minimal 500 manat, maksimal 30 000 manat əldə ermək istəyirsə, o zaman bu şərtlərə əməl etməlidir. Yəni, zamini olmaq şərtilə 1-12 ay üçün illik 14%, 13-36 ay üçün isə illik 15% ödəməlidir. Əgər zamin yoxdursa, o zaman 1-12 ay üçün illik 16%, 13 -36 ay  üçün isə illik 17% ödəməlidir. Bank tərəfindən kredit alandan 1 faiz həcmində komissiya haqqı tutulur.

Unibank 

Növbəti yerdə “Unibank” ASC dayanır. Vətəndaş bu bankdan kredit əldə etmək üçün illik 16 faiz dərəcəsi ilə razılaşmalıdır. Kreditin minimal məbləği 300 manat, maksimal məbləği isə 30 000 manatdır. Krediti ödəmək üçünsə 60 ayadək müddət təyin olunur. Vətəndaşdan şəxsiyyəti təsdiq edən sənəd və gəlirləri təsdiq edən sənəd tələb olunur. Kreditin verilməsi prosedurunda müştəridən 1 – 5 faizlik (min. 20 AZN) komissiya haqqı tutulur. 

Azər Türk Bank

Dördüncü yerdə dayanan “Azər Türk Bank” ASC illik faiz dərəcəsinə görə digərlərindən kəskin fərqlənir. Maksimum 30.000 manat dəyərində kredit əldə etmək üçün illik 13,5-16,5 faiz ödəmək lazımdır. Belə ki, kreditinin müddəti 12 aylıqdırsa, o zaman hər ay 13.5 faizlə ödəniş etmək lazımdır. Əgər krediti 24 aya qədər ödəmək şərtilə əldə etmisinizsə, o zaman faiz dərəcəsi də artacaq və hər ay 14,5 faizlə ödəniş etməlisiniz. Kreditin son ödəmə tarixi 36 aylıqdırsa, o zaman 15,5 faizlə ödəniş olunacaq. 48 aylıqdırsa, 16.5 faizlə hər pul vəsaiti tutulacaq.

Xalq Bank

İllik 12-16% dərəcəsi ilə kredit təklif edən “Xalq Bank” ASC isə beşinci yerdə dayanır. Buradan maksimum 60 ay müddətinə 150 000 AZN-dək kredit əldə edə bilərsiniz.

Əgər bir vətəndaş təminat olmadan banka müraciər edirsə, o zaman illik 14-16 faizlə 5000 manata qədər kredit əldə edə bilər və 36 aya qədər ödəməni tamamlamalıdır. 

Əgər müştəri zaminliklə kredit almaq istəyirsə, o zaman illik 12-16 faiz dərəcəsi ilə 20 000 manata qədər və 46 aya qədər ödəmək şərti ilə vəsaitə sahib ola bilər. Daşınmaz əmlakı girov qoymaq yolu ilə illik 12-16 faizlə və 60 ay müddətinə 150 000 manata qədər kredit almaq olar. 

Bank Respublika

Kredit faizlərinin dərəcəsinə görə altıncı sırada qərarlaşan “Bank Respublika” ASC isə müştərilərə bir neçə kredit növü təklif edir. Bunlar fermer, nağd pul, lombardmikro-aqro, ipoteka, əmanət təmimatı, daşınmaz əmlak və avtomobil kreditləridir. Ancaq bizim araşdırmamız nağd pul krediti ilə bağlı olduğu üçün digərlərinin üzərində dayanmırıq. 

Belə ki, bu bankdan maksimum 50.000 manat dəyərində kreditini ancaq illik 12 faizlə və 6-48 ay müddətinə əldə etmək mümkündür. Üstəlik müştəridən 1 faizlik (onlayn sifarişlərdə 50% endirim) komissiya haqqı tutulur. Ancaq burada bir fərq var. Belə ki, 20.000 manata qədər kredit üçün müraciət etdikdə zamin tələb olunmur. 

Rabitə Bank

Kredit şərtlərinə görə yeddinci yeri tutan “Rabitə Bank” ASC-dən ötən ay kredit götürmək üçün illik 12 faiz tələb olunurdusa, bu aydan etibarən 11,30 faiz ödəmək lazımdır.

Belə ki, bu bankda 300-30.000 manat arasında dəyişən nağd pul kreditini 11.30%-dən başlayaraq əldə etmək mümkündür. Bu vəsaiti əldə etmək üçün banka şəxsiyyət vəsiqəsini və gəliri təsdiq edən rəsmi sənədi təqdim etmək lazımdır. Aylıq ödənişi isə 259.91 manatdan başlayır. 

Beynəlxalq Bank

Səkkizinci yerdə qərarlaşan “Azərbaycan Beynəlxalq Bankı” ASC-də də bir neçə kredit növü mövcuddur. Bunlar əsasən onlayn şəkildə əldə edilən, avtomobil və nağd kreditlərdir. Buradan 35.000 manata qədər kredit əldə etmək istəyirsinizsə, o zaman bankın illik 11,9 faizlik tələb ilə razılaşmaq məcburiyyətində qalacaqsınız. Müsbət tərəfi odur ki, komissiya haqqı tutulmur və 30.000 manata qədər kredit üçün müştəridən zamin tələb olunmur. 

Bank of Baku 

Doqquzuncu yeri tutan “Bank of Baku” ASC-də hazırda yay kampaniyası tətbiq olunur və illik 11.5 faizlə 50.000 manata qədər vəsait əldə edə bilərsiniz. Ödəniş üçün minimum 3 ay, maksimum 59 ay müəyyən olunur. Bu vəsaitə sahib olmaq üçün əmək haqqı və təqaüd tələbi yoxdur. Təminatlı istehlak kreditinin isə minimum məbləği 3000 manatdan başlayır və 70.000 manatda dayanır. Ödəmə müddəti 3-48 ay arasında dəyişir, illik faiz dərəcəsi ilsə 15 faizdən başlayır. Komissiya haqqı da 1 faizdən başlayır. 

Kredit təminatı üçün mütləq şəkildə daşınmaz əmlak, fərdi hallarda isə digər təminat növləri, yəni daşınar əmlak, üçüncü şəxsin zaminliyi, qızıl-zinət əşyaları və s. tələbi qoyulub. Bu krediti vermək üçün müştəridən şəxsiyyət vəsiqəsi, iş yerindən və ya təqaüd haqqında arayış və ya digər təsdiqedici sənədlər (əmək haqqı hesabından son 6 ayın çıxarışı, elektron arayış) istənilir. 

Acces Bank 

Onuncu yerdə dayanan “Access Bank” ASC öz müştərilərinə illik 10-26 faiz dərəcələri ilə 500-40.000 manat arasında kredit təklif edir. Bu vəsaiti ödəmək üçün isə minimum 6 ay, maksimum isə 48 ay müəyyən olunub. Komisiyya haqqı da məbləğə görə 0-3 faiz arasında dəyişir. Bu vəsaiti əldə etmək üçün müştəri 21-65 yaş həddində və son iş yerində minimum 6 ay əmək stajına malik olmalıdır. 

Kapital Bank

Kredit faiz dərəcəsinə görə “Kapital Bank” ASC sonuncu yerdə dayanıb. Əgər vətəndaş 30.000 məbləğində kredit almaq üçün bu banka müraciət edirsə, o zaman illik 10,9 faizlik şərtə razı olmalıdır. Son ödəmə müddəti 59 aydır. Bu vəsaitə sahib olmaq üçün ilk növbədə ya bu bankdan, ya da digər banklardan əmək haqqı və ya təqaüd alan 18-70 yaş arası şəxslər müraciət edə bilərlər. Son iş yerində stajı minimum 3 ay, ümumi stajı da 6 ay olmalıdır.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO