Güclü külək əsəndə təbiətdəki qurumuş ağacların yaratdığı real təhlükələr, fəsadlar da artır.
Belə bir fəsad Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində özünü göstərib.
Ötən gün Bizim.Media olaraq Qusarçay kəndindən Kiçik Baraxum kəndi istiqamətinə gedən yolda iri bir söyüd ağacının aşdığını, birinin isə aşmaq üzrə olduğunu müşahidə etdik.
Hiss olunur ki, qurumuş ağac bir külək əsməsinə bənddir ki, yoldan keçən kiminsə və ya nəqliyyat vasitələrinin üzərinə aşsın.
Məsələyə Xaçmaz İH başçısının Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nahid Hacıyevdən mövqe öyrəndik. Nahid Hacıyev həmin əraziyə baxış keçirdiyini, yerli bələdiyyənin qurumuş ağacın kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinə müraciət edəcəyini bildirib.
5 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə əlaqə saxlamaq cəhdlərimiz isə alınmadı. Ümid edək ki, qurum həmin ərazidə təhlükə mənbəyi olan söyüd ağacının kəsilməsini tezliklə təmin edəcək. Bu yerdə "görünən kəndə nə bələdçi ?",- məsəli yada düşür.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:30 / 24.07.2023
Qusarçay yolunda TƏHLÜKƏ: Ağaclar hər an aşa bilər - FOTO
Hazırda oxunan: Qusarçay yolunda TƏHLÜKƏ: Ağaclar hər an aşa bilər - FOTO
Hazırda oxunan: Qusarçay yolunda TƏHLÜKƏ: Ağaclar hər an aşa bilər - FOTO
147698
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.