Kürdəmirdə tikili yandı - 2 ton ot külə döndü - FOTO/VİDEO

Kürdəmirdə tikili yandı - 2 ton ot külə döndü - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə tikili yandı - 2 ton ot külə döndü - FOTO/VİDEO

147626

Kürdəmirdə yanğın hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Atakişili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1951-ci il təvəllüdlü Ağayev Möhübbət Məhəmməd oğluna məxsus ümumi sahəsi 160 kv metr olan tikilinin 50 kv metr hissəsi və içərisində olan 4 ton otdan 2 tonu yanaraq külə dönüb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
 






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO