Türkiyədə Polad Həşimov adına park açıldı

Türkiyədə Polad Həşimov adına park açıldı

Hazırda oxunan: Türkiyədə Polad Həşimov adına park açıldı

1476

Bu gün Türkiyədə Azərbaycan Ordusunun generalı, şəhid Polad Həşimovun adı verilən parkın açılışı olub.

Bu barədə Bizim.Media-ya Bursa vilayətinin Osmanqazi bələdiyyəsindən  məlumat verilib.

Osmanqazi Bələdiyyə sədri Mustafa Dündar bildirib ki, şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan bütün qəhrəmanlara göstərilən hörmət və ehtiram, qardaş ölkəyə mənəvi dəstəyin nümunəsidir.

Qeyd edək ki, Osmanqazi rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışına bursalılarla yanaşı, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də qatılıb.

Ümumilikdə 2 min kvadratmetrlik parkda fitnes və idman avadanlıqları yerləşdirilib, yaşıllıq sahəsi, uşaq meydançası, idman meydançası, gəzinti yolları salınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO